lider-media.az

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə üç medal qazanıblar

Baxış: 398 Tarix: 21-08-2024, 12:40

Azərbaycan gimnastları beynəlxalq turnirdə iki qızıl medal qazanıblar

Azərbaycanın bədii gimnastları Qazaxıstanın Almatı şəhərində keçirilmiş “Alma Cup” beynəlxalq turnirində üç medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Lider-media.az-a verilən məlumata görə, bunlardan ikisi qızıl, biri gümüş mükafatdır.

Halqa, top, gürzlər və lent üzrə yerinə yetirilən çoxnövçülük proqramında böyüklər arasında Zəhra Cəfərova fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Eyni proqramda gənclərin mübarizəsində çıxış edən Sofiya Məmmədova qızıl, Ayan Sadıqova isə gümüş medala sahib çıxıb. Bundan başqa, S.Məmmədova "Turnirin kraliçası" nominasiyasının qalibi adına layiq görülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi