lider-media.az

Vaşinqtonda “Xəyali qonşular: Çinə yapon baxışı, 1680–1980” adlı sərgi açılır

Baxış: 245 Tarix: 16-02-2024, 14:48


“Xəyali qonşular: Çinə yapon baxışı, 1680–1980” adlı sərgi 2024-cü il martın 16-dan sentyabrın 3-nə qədər ABŞ paytaxtının “Freer” qalereyasında təqdim olunacaq.

AZƏRTAC Smitson Milli Asiya İncəsənət Muzeyinin rəsmi saytına istinadla xəbər verir ki, sərgidə Meri və Çeyni Koulz kolleksiyasından olan və 2018-2022-ci illərdə Milli Asiya İncəsənət Muzeyinə hədiyyə edilmiş yapon incəsənət əsərləri nümayiş olunacaq.

Edo dövründə (1603-1868) feodal Yaponiya əhəmiyyətli dərəcədə digər ölkələrə qapalı olub. Üç yüz il ərzində çox vaxt “ədib” adlandırılan dağınıq yapon rəssamlar hərəkatı ilham almaq – həm təqlid, həm də rəqabət üçün mənbə kimi qonşu Çinə müraciət edib.

Ola bilsin ki, Koulz kolleksiyası Yaponiya hüdudlarından kənarda yapon “ədiblər”inin ən böyük və əhatəli əsərlər toplusudur. Bu sərgidə təqdim olunmuş rəsm əsərləri və kalliqrafiya reallığı təxəyyül ilə birləşdirir və yapon rəssamlarının Çin ilə davamlı, mürəkkəb əlaqəsinin dərk edilməsi üçün vacib olaraq qalır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi