lider-media.az

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Maliyyə Monitorinqi Xidmətinin nümayəndələri ilə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə tədbirləri çərçivəsində növbəti görüş keçirilib

Baxış: 178 Tarix: 15-02-2024, 19:11


Cari ilin 14 fevral tarixində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Maliyyə Monitorinqi Xidmətinin nümayəndələri ilə görüş keçirilib.

Qarşılıqlı fikir mübadiləsi formatında keçirilən tədbirin məqsədi “Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi”nin (MONEYVAL) ölkəmiz üzrə qəbul edilmiş 5-ci raund qiymətləndirmə hesabatının təhlili, habelə növbəti monitorinq mərhələsinə hazırlıq çərçivəsində görüləcək işlərin müzakirəsi olub. 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov ölkəmizdə bu sahədə həyata keçirilən işlərdə prokurorluq orqanlarının mühüm rolundan bəhs edib, Baş İdarədə həmin növ cinayətlərin istintaqı ilə bağlı formalaşmış təcrübəyə toxunmaqla, gələcəkdə həmin istiqamətdə cinayət təqibinin keyfiyyətinin daha da artırılmasından, habelə bu növ hüquqpozmaların müasir dövrə xarakterik yeni tipologiyalarından söz açıb.   

Daha sonra çıxış edən Maliyyə Monitorinqi Xidmətinin (MMX) İdarə Heyətinin sədri Zaur Fətizadə son beş il ərzində Azərbaycanda çirkli pulların yuyulması sahəsində  görülmüş işlər və əldə edilmiş nailiyyətlərin MONEYVAL Komitəsi tərəfindən məqbul qiymətləndirilməsini dövlət orqanlarının qarşılıqlı səmərəli fəaliyyətindən irəli gəldiyini qeyd etməklə, bu müsbət tendensiyanın davam etdirilməsi üçün zəruri olan bir sıra hüquqi və praktiki məsələlərdən danışıb, mövcud çətinliklərin yaxın perespektivdə həlli yollarını diqqətə çatdırıb. 

Tədbirdə müvafiq sahə üzrə ixtisaslaşmış prokurorluq və MMX əməkdaşları tərəfindən cinayət təqibinin effektivliyinin artırılması, şübhəli maliyyə əməliyyatlarına dair istintaq orqanına təqdim olunmuş məlumatlardan səmərəli istifadə imkanları, qurumlararası koordinasiyalı fəaliyyətin daha da möhkəmləndirilməsi və digər aktual məsələlər ətrafında fikirlər səsləndirilib, bir sıra səmərəli təkliflər irəli sürülüb.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi