lider-media.az

İsrail və Livana uçuşlar ləğv edildi

Baxış: 330 Tarix: 12-08-2024, 14:15

 

"Lufthansa" və "Swiss Air" hava yolları şirkətləri İsrail və Livana uçan təyyarələrin reyslərinə məhdudiyyət gətiriblər.

Lider-media.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Aviaşirkətlər avqustun 21-dək İsrail və Livana uçuşları ləğv ediblər.

İsrailə uçuşu daha əvvəl dayandırmış Almaniyanın "Lufthansa" şirkəti bildirib ki, Təl-Əviv, Tehran, Beyrut, Əmman və Ərbilə uçuşların dayandırılmasını avqustun 21-dək uzadıb. Şirkət bu müddət ərzində İran və İraq hava məkanından istifadə etməyəcək.

"Swiss International Air Lines" da bildirib ki, həmin tarixə qədər İran, İraq və İsrail üzərində hava məkanından istifadə etməyəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi