lider-media.az

Aİ-də qaz anbarlarının ehtiyatları 87%-ə ötüb

Baxış: 439 Tarix: 12-08-2024, 12:49

 

Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 87%-i ötüb.

Lider-media.az xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyası (Gas Infrastructure Europe, GIE) məlumat yayıb. 

Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 87,26% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 8,07 faiz bəndi çoxdur.

Qeyd olunur ki, hazırda anbarlardakı qazın ümumi həcmi 96 mlrd. kubmetrdən çoxdur.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi