lider-media.az

“Ordu-2024” beynəlxalq hərbi-texniki forumuna start verilib

Baxış: 646 Tarix: 12-08-2024, 09:52

 

Patriot Konqres və Sərgi Mərkəzində “Ordu-2024” beynəlxalq hərbi-texniki forumu öz işinə başlayıb. 

Lider-media.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.  

Tədbirlər avqustun 12-dən 14-dək baş tutacaq. Rusiyanın hərbi-sənaye kompleksinin 1,5 minə yaxın aparıcı müəssisəsi öz məhsullarını təqdim edəcək.

Forumda xarici dövlətlərin 110 rəsmi hərbi nümayəndə heyəti və müəssisəsi iştirak etməyi planlaşdırır.

Forumun elmi və işgüzar proqramına Rusiya silahlı qüvvələrinin və hərbi-sənaye kompleksinin inkişafı ilə bağlı 100-ə yaxın tədbir daxildir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi