lider-media.az

Azərbaycan taekvondoçusu Tehrandakı turnirdə fəxri kürsüyə qalxıb

Baxış: 520 Tarix: 15-02-2024, 12:50


Taekvondo üzrə Azərbaycan yığması İranın paytaxtı Tehranda keçirilən “Fəcr Open” turnirində ilk medalını qazanıb.

Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, G1 kateqoriyalı yarışda Rahid Vəliyev fərqlənib.

54 kiloqram çəki dərəcəsində mübarizə aparan taekvondoçu bürünc medala sahib çıxıb.

Turnirə bu gün yekun vurulacaq.

Qeyd edək ki, Azərbaycan millisi “Fəcr Open” turnirindən sonra Tehranda G2 kateqoriyalı Dünya Taekvondosunun Prezidentinin Kubokunda da iştirak edəcək. Yarış fevralın 16-19-da keçiriləcək.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi