lider-media.az

Fransada 12 mindən çox evsiz aksiya keçirdi

Baxış: 287 Tarix: 9-08-2024, 17:21

 

Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları ilə əlaqədar yaşadıqları gecəqondulardan qovulan on iki mindən çox Fransa vətəndaşı aksiya keçiriblər.

Lider-media.az xəbər verir ki, bu barədə “Haber Global”ın hazırladığı süjetdə qeyd edilib.

Qeyd edilib ki, onlar Olimpiada halqalarının olduğu yerlərdə çadır qurublar. Etirazçılar Emmanuel Makron hökumətinə mənzillə təmin olunma tələbi ilə bağlı çağırış ediblər. Bildiriblər ki, hökumətdən sadəcə ləyaqətlə yaşamaq üçün mənzil istəyirlər.

Süjetdə vurğulanıb ki, ancaq Fransa hökuməti onların çağırışına əhəmiyyət verməyib. Əvəzində isə polis etirazçılara mane olmağa çalışıb. Etirazçılar polisə müqavimət göstərə bilməyiblər. Onlar sadəcə çadırların yığılmasını izləyiblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi