lider-media.az

Paris-2024də güləşçimizin ilk rəqibi bəlli olub

Baxış: 395 Tarix: 9-08-2024, 16:43

 

Azərbaycanın sərbəst güləşçiləri Hacı Əliyev (65 kq) və Maqomedxan Maqomedovun (97 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oytunlarında ilk rəqibi bəlli olub.

Lider-media.az xəbər verir ki, hər iki idmançı mübarizəyə 1/8 final mərhələsindən start verəcək.

Üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev bu raundda meksikalı Ostin Qomeslə üz-üzə gələcək.

Maqomedov isə Dominikan Respublikasından olan Luis Migel Peresin müqavimətini qırmağa çalışacaq.

Bu çəkilərdəki qarşılaşmalar avqustun 10-da Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi