lider-media.az

Muxtar Babayev: İqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək edən yeni həllər və innovasiyalar təqdim edilməlidir

Tarix: 15-02-2024, 12:39


“Beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi ölkəmiz iqlim dəyişmələri ilə bağlı qlobal məsələlərin həllinə böyük önəm verir və bu istiqamətdə əməli işlər görməyə davam edir. Azərbaycan iqlim dəyişikliyinin təsirini yumşaltmaq üçün bərpa olunan enerji mənbələrinin istifadəsini artırmaq, yaşıl texnologiyaların inkişafı üçün bir sıra tədbirlər həyata keçirir. Ətraf mühitə buraxılan zərərli qazların qarşısının alınması və təmiz ekoloji mühitin yaradılması məqsədilə ölkədə meşə və yaşıllıq ərazilərinin genişləndirilməsi üçün kütləvi şəkildə ağacəkmə, meşə əkinlərinin salınması işləri həyata keçirilir. Ötən il ərzində ölkədə 4 milyona yaxın ağac əkilib”.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin vəzifəsini icra edən Muxtar Babayev deyib.

Nazir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) barədə də fikirlərini söyləyib. Bildirib ki, COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi olduqca mühüm hadisədir. “Bu il beynəlxalq ictimaiyyətin bütün diqqəti ölkəmizdə, xüsusilə də ətraf mühitin qorunması və iqlim dəyişiyinin qarşısının alınması istiqamətində fəaliyyətlərə yönəlib. İqlim maliyyəsi COP29-un əsas mövzusudur. Emissiyaların azaldılması daha çox maliyyə vəsaiti tələb edir. Təmiz enerji və yaşıl texnologiyalara qlobal sərmayələr artırılmalıdır. İqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək edən yeni həllər və innovasiyalar təqdim edilməlidir. Hədəflərə çatmaq üçün bütün maraqlı tərəflərin inklüziv və aktiv iştirakı tələb olunur. Hökumət, özəl sektor və vətəndaş cəmiyyətləri birlikdə çalışmalıdır”,- deyib.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi