lider-media.az

Azərbaycan taekvondoçusu Paris Olimpiadasında finala yüksəlib

Baxış: 417 Tarix: 7-08-2024, 19:58

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Lider-media.az xəbər verir ki, 58 kiloqramda mübarizə aparan idmançı finala vəsiqə uğrunda qarşılaşmada italiyalı Vito Akvilanı sınağa çəkib.

Rəqibini 2:0 (9:4, 11:1) hesabı ilə məğlub edən taekvondoçumuz finala yüksəlib.

Onun həlledici görüşdəki rəqibi Cənubi koreyalı Tijon Park olacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi