lider-media.az

“Paris-2024”: Azərbaycan güləşçisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Baxış: 638 Tarix: 7-08-2024, 13:50

“Paris-2024”: Azərbaycan güləşçisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Lider-media.az  xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı ilk görüşündə misirli Mohamed Elsayed ilə qarşılaşıb. Rəqibinə 9:0 hesabı ilə qalib gələn H.Cəfərov 1/4 finala vəsiqə qazanıb.

Digər yunan-Roma güləşçimiz Rafiq Hüseynov (92 kiloqram) isə 1/8 finalda macarıstanlı David Loşontsini sınağa çəkəcək.

Bu gün, həmçinin Sənan Süleymanov bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi