lider-media.az

“Paris-2024”: Azərbaycan güləşçisi yarımfinala vəsiqə qazanıb

Baxış: 447 Tarix: 6-08-2024, 15:44

“Paris-2024”: Azərbaycan güləşçisi yarımfinala vəsiqə qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov “Paris-2024” Yay Olimpiya Oyunlarında ikinci görüşünü keçirib.

Lider-media.az xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda macarıstanlı Zoltan Levayla üz-üzə gəlib.

Rəqibinə sonuncu xal prinsipi (1:1) ilə qalib gələn güləşçimiz yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda qazaxıstanlı Demeu Jadrayevlə qarşılaşacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi