lider-media.az

"Paris-2024": Azərbaycan güləşçisi yarımfinala vəsiqə qazanıb

Baxış: 548 Tarix: 5-08-2024, 20:03

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti "Paris-2024" Yay Olimpiya Oyunlarında ikinci görüşünü keçirib.

Lider-media.az xəbər verir ki, 130 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda qazaxıstanlı Alimxan Sızdikov ilə üz-üzə gəlib.

Rəqibini 4:0 hesabı ilə məğlub edən güləşçimiz adını yarımfinala yazdırıb.

S.Şəriəti 1/8 finalda estoniyalı Heyki Nabiyə qalib gəlib.

Digər yunan-Roma güləşçimiz Murad Məmmədov (60 kiloqram) isə 1/8 finalda ekvadorlu Rayber Joze Rodriges Oroskoya uduzub.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi