lider-media.az

“Paris-2024”: Bu gün Azərbaycanın dörd idmançısı mübarizə aparacaq

Baxış: 586 Tarix: 7-08-2024, 09:30

Bu gün Azərbaycanın daha üç idmançısı “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Lider-media.az xəbər verir ki, onlardan ikisi güləşçi, biri isə taekvondoçudur.

Yunan-Roma güləşçiləri Həsrət Cəfərov (67 kiloqram) və Rafiq Hüseynov (87 kiloqram) 1/8 finalda, müvafiq olaraq, misirli Mohamed Elsayed və macarıstanlı David Loşontsi ilə üz-üzə gələcəkıər.

Taekvondoçu Qasım Maqomedov (58 kiloqram) da mübarizəyə 1/8 finaldan qoşulacaq. Onun rəqibi irlandiyalı Cek Uolley olacaq.

Bu gün, həmçinin Sənan Süleymanov (77 kiloqram) bürünc medal görüşünə çıxacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi