lider-media.az

İdmançımız: "Yenidən tarix yazmağın vaxtıdır"

Baxış: 319 Tarix: 7-08-2024, 10:43

 

"İndi başqa bir tarix yazmağın vaxtıdır".

Lider-media.az xəbər verir ki, bunu Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı çıxışından sonra şəxsi instaqram hesabında paylaşıb.

Təcrübəli idmançı karyerasını bitirə biləcəyinə işarə verib:

"Mənim idman tarixim artıq yazılıb - 4 olimpiya medalı. İnsan planlaşdırır, amma Allah hər zaman bizim üçün ən yaxşısını bilir. 17 il ərzində böyük qürurla Azərbaycanın adını təmsil etdim, bu yolda dəstəyini əsirgəməyən və mənimlə olan hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, M.Stadnik Paris-2024-ü medalsız başa vurub. İkiqat dünya və onqat Avropa çempionu əvvəlki dörd olimpiadada iki gümüş və iki bürünc mükafat əldə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi