lider-media.az

Əmək, məşğulluq, sosial müdafiə sahələrində islahatlar daha 50 beynəlxalq mükafat və sertifikata layiq görülüb

Tarix: 29-07-2024, 12:59

Azərbaycanda əmək və məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlara beynəlxalq səviyyədə də yüksək qiymət verilir. Bunun göstəricisi olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları bu ilin 6 ayı ərzində daha 50 beynəlxalq mükafat və sertifikatla təltif olunub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, o cümlədən Dövlət Sosial Müdafiə Fondunda aparılan islahatlarla bağlı 17, sosial sahədə rəqəmsal nailiyyətlərlə bağlı 11, DOST Konsepsiyası ilə bağlı 4, Dövlət Məşğulluq Agentliyində aparılan islahatlarla bağlı 1 beynəlxalq mükafat və sertifikat əldə olunub. Həmçinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 9, Sosial Xidmətlər Agentliyinə 3, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya 5 beynəlxalq İSO sertifikatı təqdim olunub.

Dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsində isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il də 1-ci yerə layiq görülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi