5 il əvvəl, 2019-cu il mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi və ilk DOST mərkəzinin açılışı olub.
Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Dövlətimizin başçısının "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2018-ci il avqustun 9-da imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan DOST Agentliyi xidmətlərin keyfiyyətinin yüksəldilməsini, şəffaflığın artırılmasını, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunu təmin edir.
Xalqa ləyaqətlə xidmət edən və ona arxalanan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial siyasəti insanların rifah halının yaxşılaşmasına, bu sahədə mühüm layihələrin həyata keçirilməsinə, ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına zəmin yaradıb. Dəfələrlə çıxışlarında dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını vurğulayan ölkə başçısı hər zaman xalqın yanındadır və onun dəstəyinə arxalanır. Prezidentin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır.
Prezident İlham Əliyev DOST mərkəzinin açılış mərasimindəki nitqində bunu bir daha vurğulayıb: "Sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir. Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Çalışırıq, bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin". Dövlətimizin başçısının 20 illik fəaliyyəti dövründə uğurlu sosial siyasətinin əsasını Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması, ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşdırılması təşkil edib.
DOST Agentliyi Birinci vitse-prezident Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, "bir pəncərə"dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir. Artıq bu təşəbbüsün müsbət nəticələri özünü göstərir. DOST Azərbaycan vətəndaşının arzuladığı və arzularının gerçəkləşdiyi bir ünvandır. O ünvan ki, hər bir insan ora doğma evi kimi yaxınlaşır və oradan böyük məmnuniyyətlə ayrılır. Çünki onu maraqlandıran, sosial həyatına xidmət edən bütün sualların cavabı elə onun rifahına hesablanıb. DOST konsepsiyası 15 istiqamət üzrə 159 sosial xidmətin əhaliyə vahid platformadan, "bir pəncərə"dən, şəffaf və operativ, vətəndaş məmnunluğu və rahatlığı prinsipi əsasında təqdim olunmasına imkan yaradır. Artıq Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında 7 DOST mərkəzi açılıb. Eyni zamanda işğaldan azad edilmiş bölgələrimizdə DOST xidmətlərinin qurulmasında ilk addım kimi 2022-ci ilin may ayında Zəngilanın Ağalı kəndində ilk "Smart DOST" xidmət məntəqəsi istifadəyə verilib. DOST mərkəzlərində ötən dövrdə 2,6 milyon vətəndaşa xidmət göstərilib və bu xidmətlərdən vətəndaş məmnunluğu 98,2 faizdir. Azərbaycanın yeni brendinə çevrilən DOST konsepsiyası beynəlxalq səviyyədə də yüksək qiymət alaraq müasir dünyanın sosial innovasiyalar sahəsində mühüm nailiyyətləri, qabaqcıl təcrübələri sırasına daxil edilib. DOST Agentliyi ötən dövrdə 30-dan çox beynəlxalq mükafat və sertifikatla təltif olunub. Fəaliyyəti dövründə DOST Agentliyi ictimai iştirakçılığın təşkili, könüllü hərəkatına, gənclər siyasətinə dəstək, dövlət-vətəndaş münasibətlərinin inkişafı, yüksək keyfiyyətli xidmət, gənclərin əmək bazarına hazırlığının təmin olunması məqsədilə "Könüllü DOST" proqramını icra edib. Agentlikdə könüllülük fəaliyyəti 5 istiqamətdə - "Gənc DOST", "Gümüşü DOST", "Korporativ DOST", "İnklüziv DOST" və "Distant DOST" altproqramları təşkil edilib.
Azərbaycanın sosial sahədə brendi kimi beynəlxalq səviyyədə tanınan DOST Agentliyi dünyanın 164 ölkəsinin müvafiq qurumlarını özündə birləşdirən Beynəlxalq Sosial Təminat Assosiasiyasına (BSTA) üzv qəbul olunub. DOST Agentliyi bütün BSTA məhsullarına və xidmətlərinə (konfranslar, vebinarlar, peşəkar standartlar, potensialın gücləndirilməsi üzrə fəaliyyətlər və nəşrlər) birbaşa çıxış əldə edir. Bundan əlavə, üzvlük DOST Agentliyinə BSTA-nın Texniki Komissiyasının və regional strukturlarının fəaliyyətində iştirak imkanı yaradır. Sosial müdafiə institutları, dövlət təşkilatları və agentlikləri üzrə dünyanın aparıcı təşkilatı olan BSTA hərtərəfli sosial təminatı, bu sahədə innovativ metodları və dəyərləri təbliğ edir. DOST Agentliyi əhaliyə çatdırılan xidmətlərin səviyyəsini və daxili prosedurları inkişaf etdirmək məqsədilə 2021-ci ildə BSTA-nın Tanınma Proqramına qoşulub.
DOST infrastrukturunun ölkə ərazisində genişləndirilməsi işləri davam edir. Hazırda Naxçıvan, Şuşa, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST xidmətləri şəbəkəsinin qurulması üçün layihə, təmir-tikinti işləri aparılır. Ümumilikdə, 17 yeni Regional DOST mərkəzi və ətraf rayonlar üzrə onların 55 filialı yaradılacaq və bütün ölkə DOST xidmətləri ilə əhatə olunacaq.
Sevindirici haldır ki, bu sosial xidmət modeli dünyada nümunə olaraq təqdir edilir.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edib
İlham Əliyevin andiçmə mərasimi keçirilib
İslahatlar gözləntisi və ya qərəzli manipulyasiyalar aləti
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb