lider-media.az

"Paris-2024": Sena çayında Azərbaycan idmançılarının paradı olub

Baxış: 710 Tarix: 26-07-2024, 21:55

Açılış mərasimi keçirilən "Paris-2024" Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının rəsmi paradı olub.

Lider-media.az xəbər verir ki, Sena çayında baş tutan parada idmançılarımız 16-cı sırada qatılıblar.

Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıblar.

Qeyd edək ki, Azərbaycan millisi Fransa paytaxtında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Oyunlara avqustun 11-də bağlanış mərasimi ilə yekun vurulacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi