lider-media.az

Azərbaycan idmançılarının Paris Olimpiadasına yolasalma mərasimi keçirilib

Baxış: 289 Tarix: 17-07-2024, 22:47

"Paris-2024" Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan Olimpiya komandasının yolasalma mərasimi keçirilib.

Lider-media.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.

Tədbir iştirakçılarını salamlayan gənclər və idman naziri Fərid Qayıbov idmançıların ilk dəfə Olimpiadaya suveren, ərazi bütövlüyü bərpa olunmuş ölkənin təmsilçiləri kimi yollanacağını bildirib. O, Olimpiya Oyunlarında iştirak edəcək idmançıların hamısından uğur gözlədiyini vurğulayıb.

Daha sonra şəhidlərin və vəfat edən idman adamlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Ardınca Azərbaycanın "Paris-2024"dəki bayraqdarları açıqlanıb. Yarışda bu funksiyanı cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev yerinə yetirəcəklər.

Azərbaycan təmsilçilərinin Olimpiya Oyunları üçün xüsusi dizaynla hazırlanmış vahid idman forması təqdim olunduqdan sonra tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında Azərbaycan 48 idmançı ilə təmsil olunacaq. Oyunların açılışı iyulun 26-da, bağlanışı isə avqustun 11-də olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi