lider-media.az

Düzgün yuxu rejimi ölüm riskini azaldır

Baxış: 1 012 Tarix: 9-02-2024, 10:37



     İnsan sağlamlığı üçün mühüm amillərdən biri də yuxudur. Hər kəs bilir ki, yuxu bədənin  özünü yenilədiyi vaxtdır, və az istirahət, çox sağlamlıq problemi deməkdir. Vaxtaşırı olaraq yuxunun bədənə və zehnə necə təsir etdiyi barədə  məlumatlarla qarşılaşırıq. Mütəxəssislər bu dəfə ölüm riskini azaldan düzgün yuxu rejimini araşdırıblar.

      “Sleep” jurnalında yayımlanan araşdırmada qeyd olunur ki, ölüm riskini azaldan düzgün yuxu rejimi sərf edilən yuxu müddətindən daha əhəmiyyətlidir. Kifayət qədər yatmamaq ürək, böyrək, depressiya və sair kimi xəstəliklərə yol aça bilər. Araşdırma çərçivəsində müayinə edilən şəxslərin nə vaxt yatdıqları və neçə saat yatdıqları tədqiq olunub. Müəyyən edilib ki, yuxu rejimi nizamlı olan, başqa sözlə, yuxuya gedib eyni vaxtda oyanan insanların ölümcül xəstəliklərə yoluxma riski daha azdır.

     İngiltərədə 61 min insanın məlumatları bu baxımdan araşdırılıb. İştirak edənlərin orta yaşının 63 olduğu, 97 faizinin ağdərili olduğu bildirilir.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi