lider-media.az

Hacı Zeynalabdin Tağıyev haqqında film Kanadada fəxri mükafata layiq görülüb

Baxış: 349 Tarix: 11-07-2024, 09:20

 Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” filmi Kanadanın Toronto şəhərində keçirilən “WideScreen Film & Music Video” festivalında “Fəxri Ad” mükafatına layiq görülüb.

Lider-media.az xəbər veirr ki, festivala dünyanın fərqli mədəniyyətlərinin tanıdılması mövzusunda çəkilmiş filmlər qəbul edilir.

Ekran əsərinin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov bildirib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir.

Festivalda “İkinci Ömür” tammetrajıi bədii filmin ssenarisi də “Fəxri Ad” mükafatına layiq görülüb.


“Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq, soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetində oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığmışdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin qəhrəmanına çevriləcək”, - deyə Cəlaləddin Qasımov bildirib.

O, ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünür. Ekran əsərində Bakıda XX əsrin əvvəllərində baş verən tarixi hadisələrə də toxunulur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi