lider-media.az

Ümummilli Lider Heydər Əliyevin Yaponiyaya rəsmi səfərinə həsr olunmuş filmin təqdimatı keçirilib

Tarix: 24-01-2024, 14:04

Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya rəsmi səfərinə həsr edilmiş filmin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Nizami Kino Mərkəzində təqdimatı keçirilən “Bir səfərin izi ilə - Yaponiya” sənədli filmi Ulu Öndərin səfərinin maraqlı məqamlarını əks etdirir.

Ekran əsərinin ideya müəllifi tanınmış səyyah və jurnalist Azər Qəribdir. Filmin yaradıcı heyəti redaktor Ayaz Mirzəyev, prodüser Əsgər Qəribzadə, operator Əli Əliyev və Violetta Matsue, montaj mütəxəssisi Elmar Tarıyeloğludan ibarətdir.

Sənədli film barədə təəssüratlarını AZƏRTAC ilə bölüşən Azər Qərib bildirib ki, bu əsər Ulu Öndərin səfərinin qeyri-rəsmi tərəflərini əks etdirir. Ekran əsərinin çəkilişləri Tokio və Kioto şəhərlərində aparılıb. Filmdə tamaşaçı səfərin qeyri-rəsmi anlarına nəzər salmaqla Yaponiyanın bu iki tarixi şəhərində heyrətamiz səyahətə çıxır.

“Bir səfərin izi ilə - Yaponiya” ekran əsərinin təqdimatının maraqla qarşılandığını bildirən müəllif qeyd edib ki, layihə çərçivəsində Ümummilli Liderin digər səfərləri barədə də oxşar mövzuda filmlər lentə alınacaq. İndiyədək layihə çərçivəsində dahi şəxsiyyətin İtaliya səfəri barədə ekran əsəri hazırlanıb. Layihə “Azərbaycan Hava Yolları” QSC-nin baş sponsorluğu ilə həyata keçirilib.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi