lider-media.az

Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Fövqəladə Hallar Nazirliyinin Akademiyası arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Tarix: 10-07-2024, 21:24

Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ölkəmizin aparıcı ali təhsil müəssisələri, ixtisaslaşdırılmış xüsusi təyinatlı akademiyaları ilə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Cari il iyulun 10-da Mərkəzin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin Akademiyasını ziyarət edərək, oranın fəaliyyəti, tədris prosesi, maddi-texniki bazası ilə yaxından tanış olub.

Tədbir çərçivəsində keçirilən görüşdə Akademiyanın rəisi, general-mayor Baba Salayev təhsil müəssisənin tarixi, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri, burada tətbiq edilən müasir təhsil metodları barədə qonaqlara ətraflı məlumat verib.

Daha sonra, Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov gələcək əməkdaşlıq imkanları barədə həmkarlarına təkliflərini təqdim edib, səmərəli təkliflər irəli sürülüb.

Tədbir çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Fövqəladə Hallar Nazirliyinin Akademiyası arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi