lider-media.az

“İş yerində zorakılıq və qısnama” mövzusunda təlim keçirilib

Baxış: 664 Tarix: 25-06-2024, 12:59

“İş yerində zorakılıq və qısnama” mövzusunda təlim keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Dünya Bankının icra etdiyi Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində "Gender əsaslı peşə ayrı-seçkiliyinin aradan qaldırılması üzrə" gender məsələləri üzrə məsul şəxslər üçün iyunun 24-25-də "İş yerində zorakılıq və qısnama" mövzusunda təlim keçirilib.

Lider-media.az xəbər verir ki, təlim proqramı “Əməyin təhlükəsizliyi və sağlamlığı”, “İş yerində zorakılıq və qısnama mövzularına gender yanaşmasının təqdimatı”, “İş yerində zorakılıq və qısnamanın miqyası, növləri və fərdlərə, təşkilatlara, cəmiyyətə təsiri barədə məlumatın artırılması”, “İş yerində zorakılıq və qısnama ilə mübarizədə effektiv alətlərin təqdimatı və işəgötürənlərin rolu haqqında təsəvvürlərin genişləndirilməsi” mövzularını əhatə edib.

Qeyd edək ki, layihənin məqsədi əməyin təhlükəsizliyi və sağlamlığı, iş yerində zorakılıq və qısnama mövzularına gender yanaşmasının təqdimatı, iş yerində zorakılıq və qısnamanın miqyası, növləri və fərdlərə, təşkilatlara və cəmiyyətə təsiri barədə məlumatın artırılması, həmçinin iş yerində zorakılıq, qısnama ilə mübarizədə səmərəli alətlərin təqdimatı və işəgötürənlərin rolu haqqında təsəvvürlərin genişləndirilməsi vasitəsilə qadınların iqtisadi güclənməsini təşviq etməkdir.

Layihə 674 sahədə iş yerində qadınların məşğulluğu üçün hüquqi maneələrin aradan qaldırılmasına dair 2023-cü ildə Əmək Məcəlləsinə edilmiş düzəlişlərə əsaslanır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi