Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, siyasi-hüquqi, sosial-iqtisadi sahələrdə, beynəlxalq münasibətlərdə yeni nailiyyətlərin əldə olunmasında qadınlar yüksək təşəbbüskarlıq və fəallıq göstəriblər. Bu fəallıq tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyəti - qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılması ilə bağlıdır. Bu işlərin əsasını isə görkəmli tarixi şəxsiyyət Heydər Əliyev qoymuşdu. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycan qadınının cəmiyyətdə nüfuzu yüksəldi, gender bərabərliyi üçün nəzəri real zəmin yarandı.
1998-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin (indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılması, "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" Sərəncamın, 2000-ci ildə "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərmanın imzalanması Ulu Öndərin dövlətimizin gender bərabərliyinin təminatçısı olduğunu təsdiqləyir. 19 oktyabr 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 illiyi münasibətilə keçirilən Azərbaycan Qadınlarının VI Qurultayı da bunu bir daha təsdiqləyir.
Qurultayın açılışından sonra o, öz işini 4 panel üzrə "Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış", "Gender məsələləri hüquqi müstəvidə: mövcud vəziyyət, qarşıda duran məsələlər", "Sosial-iqtisadi islahatların gender aspektləri. Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi", "Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar" mövzuları ətrafında davam etdirmişdir.
Bu gün dövlət qadın siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə bölgənin lider dövlətinə çevrilmiş Azərbaycanda gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklər dünyanın diqqətini cəlb edir. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu istiqamətdəki fəaliyyəti Komitənin 2023-cü il üzrə məlumatında təsdiqini tapıb.
Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan məlumatda 2023-cü il üzrə gender bərabərliyinin təmin edilməsi sahəsində perspektivlər, hüquqi müstəvidə əldə olunan nəticələr, beynəlxalq əməkdaşlıq, mövcud problemlər və maneələr əks olunub.
Qeyd edək ki, məlumat hazırlanarkən 62 mərkəzi qurum, 77 yerli icra hakimiyyəti orqanları və Naxçıvan Muxtar Respublikasının təqdim etdiyi hesabatlardan istifadə olunub. Həmçinin Dövlət Statistika Komitəsinin və digər dövlət orqanlarının məlumatlarına istinad edilib.
Məlumatda "Gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və dövlətin vəzifələri", "Gender bərabərliyinin müxtəlif sahələr üzrə təminatı", "2023-cü ildə Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində əldə edilmiş nəticələr, qarşıya qoyulan vəzifələr və tövsiyələr" adlı bölmələr yer alıb.
.jpg)
Məlumatın giriş hissəsində deyilir ki, "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatı ötən il respublikamızda bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə bağlı görülmüş işləri və əvvəlki illərlə müqayisədə irəliləyişlərin dinamikasını özündə əks etdirir. Həmçinin o da bildirilir ki, ölkədə idarəetmənin müxtəlif səviyyələrində qadınların kişilərlə bərabər təmsilçiliyinin genişləndirilməsi, onların iqtisadi fəallığının artırılması, qadın sahibkarlığının stimullaşdırılması, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması ilə bağlı tədbirlərin daha da gücləndirilməsinə ehtiyac vardır.
Bölmələrin ətraflı təhlilində isə ayrı-ayrı dövlət qurumlarının gender bərabərliyinin müxtəlif sahələr üzrə təmin edilməsi istiqamətində fəaliyyətləri də geniş şərh edilir.
Nurəngiz ADİLQIZI.

Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Prezident İlham Əliyev Fərman imzaladı
İlham Əliyevin andiçmə mərasimi keçirilib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb