lider-media.az

Media Reyestrində olmayan çap mediası subyektlərinin 5 min manatadək cərimələnməsi təsdiqlənib

Baxış: 41380 Tarix: 1-08-2025, 13:32

Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5 min manatadək cərimələnəcək.

Bu, Prezident İlham Əliyev Mülki, İnzibati Xətalar məcəllələrində, “Media haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliklə Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinin çap mediası məhsulunun, həmin subyekt, nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımına görə fiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5 000 manatadək məbləğədək cərimə ediləcək.

Yayıcı dedikdə nəşriyyatla və ya (naşirlə) müqavilə bağlamaqla yaxud digər qanuni əsaslarla nəşriyyat məhsullarının yayılmasını və satışını həyata keçirilən fiziki və hüquqi şəxs başa düşülür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi