Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 fevral tarixli 316 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 2, maddə 108) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 1.5-ci bəndə “Nazirliyi” sözündən sonra “, təhlükəli maddələrə münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 1.5-1-ci və 1.5-2-ci bəndlər əlavə edilsin:
“1.5-1. həmin Qanunun 6.2-ci maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə minatəmizləmə fəaliyyəti üzrə icraçı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi olduqda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, digər icraçılar olduqda isə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;
1.5-2. həmin Qanunun 6.11-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərdə tutulur;”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 1 avqust 2025-ci il