lider-media.az

Göygöldə “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Baxış: 191 Tarix: Вчера, 14:48

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, KOBİA-nın təşkilatçılığı ilə keçiriləcək yarmarka avqustun 15-17-də fəaliyyət göstərəcək. “KOB FEST” sərgi-satış yarmarkasında məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-lardan müraciətlərin qəbuluna başlanılıb.KOB subyektləri, yaradıcı şəxslər və sənətkarlar avqustun 12-dək agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB FEST – Göygöl” qeyd olunmalıdır).

Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.

“KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına tanıdılması və satışına dəstək olmaq, istehlakçıları KOB-ların məhsul və xidmətlərindən istifadəyə təşviq etməklə kiçik sahibkarların inkişafını dəstəkləməkdir. Yarmarka, həmçinin sənətkarların satış imkanlarını artırmağı, istehsalçıları və istehlakçıları bir platformada görüşdürməyi, KOB-lar və təchizatçı şirkətlər arasında işgüzar əlaqələrin qurulmasını hədəfləyir.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi