lider-media.az

Beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət 2018-2025-ci illərdə 4 dəfədən çox artıb

Baxış: 21276 Tarix: 1-08-2025, 15:13

2018-2025-ci illərdə icra olunan davamlı sosial islahatlar beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinətin 4,2 dəfə artaraq 33 manatdan 140 manata çatmasına imkan verib.

Həmçinin qeyd edilən dövrdə ailə başçısını itirməyə görə aylıq müavinət  2,5 dəfə artırılaraq 55 manatdan 140 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) aylıq müavinət 2,8 dəfə artırılaraq 50 manatdan 140 manata çatdırılıb.

1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinətdə də ciddi artım özünü göstərib. 2018-ci illə müqayisədə bu müavinət 45 manatdan 140 manata çatdırılmaqla, 3,1 dəfə artırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi