lider-media.az

Azərbaycan güləşçiləri bu gün Tatarıstanda 6 medal qazanıblar

Baxış: 413 Tarix: 18-06-2024, 22:51

Azərbaycan güləşçiləri Tatarıstanın paytaxtı Kazanda keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında bu gün 6 medal qazanıblar.

Lider-media.az xəbər verir ki, sərbəst güləşçilərimizdən Hacımurad Maqomedsəyidov (97 kq) qızıl, Şamil Zubairov (92 kq), Murad Haqverdiyev (65 kq), Orxan Abasov (79 kq) gümüş, Ceyhun Allahverdiyev (61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) bürünc medal əldə edib.

Bununla da Azərbaycan idmançılarının oyunlarda qazandığı medalların sayı 9-a (2 qızıl, 3 gümüş və 4 bürünc) çatıb.

Xatırladaq ki, iyunun 11-də start götürən yarışda karateçimiz Mədinə Sadıqova (55 kq) bütün rəqiblərinə qalib gələrək yarışın qalibi olub. Avarçəkənimiz Bəhmən Nəsiri və samboçumuz Rəsul Aydəmirov (98 kq) isə bürünc medala sahib olublar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi