lider-media.az

Dövlət Komitəsinin yerli bölmə və nümayəndəliklərinin iştirakı ilə regional idarəetmə və status məsələləri müzakirə olunub

Baxış: 1160 Tarix: Сегодня, 14:22

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yerli bölmə və nümayəndəliklərin iştirakı ilə Regional idarəetmə və status şöbəsinin iclası keçirilib.
İclasda Dövlət Komitəsinin Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynov, Komitə sədrinin müşaviri Qürbət Məhərrəmov, Bakı şəhəri üzrə sektor müdirləri, rayon bölmələrinin rəhbərləri, həmçinin komitənin aidiyyəti şöbələrinin əməkdaşları iştirak ediblər.
İclasda çıxış edən Sənan Hüseynov bir neçə gün əvvəl keçirilmiş 2026-cı ilin 9 ayının yekunlarına həsr olunan kollegiya iclasında səsləndirilən fikirləri iştirakçıların diqqətinə çatdırıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, Birinci vitse-prezident Mehriban Əliyevanın bu istiqamətdə həyata keçirdiyi fəaliyyət, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli və təhlükəsiz qayıdışının təmin edilməsi, yeni yaşayış məntəqələrinin salınması, müasir infrastrukturun yaradılması, eləcə də qayıdan əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Görüşdə, həmçinin Komitə sədrinin 27 oktyabr 2026-cı il tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a edilmiş dəyişikliklər ətrafında müzakirələr aparılıb. Yeni qərarın icrası zamanı yaranan suallar cavablandırılıb.
Mövzu ilə bağlı çıxış edən Regional idarəetmə və status şöbəsinin Status sektorunun müdiri Taryel Qoşnalıyev müvafiq Qaydalara edilmiş dəyişiklikləri və yenilikləri ətraflı izah edib, onların tətbiqi ilə bağlı iştirakçıları məlumatlandırıb.
Komitənin Hüquq və kadrlar şöbəsinin müdir müavini Mirhüseyn Hüseynov isə çıxışında Qaydalara dəyişikliklərin edilməsinin zəruriliyindən bəhs edib. O, yeni qərarın məcburi köçkün statusunun verilməsi sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi və vahid hüquqi yanaşmanın formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıb.
Sonda struktur bölmələrinin rəhbərlərinin rəy və təklifləri dinlənilib, müzakirə olunan məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi