Dövlət Sərhəd Xidmətinin “Qubadlı” əlahiddə sərhəd diviziyasına və hərbi hissələrinə Döyüş Bayrağının təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilmişdir.










Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasının Azərbaycan sərhəd mühafizəsinin tarixində yeni mərhələnin əsasını qoyduğunu bildirmişlər.
Tədbirdə Azərbaycan sərhədçilərinin Vətən müharibəsində keçdikləri şərəfli döyüş yolundan, dövlət sərhədlərimizin bərpası uğrunda göstərdikləri misilsiz fədakarlıq və qəhrəmanlıq nümunələrindən bəhs edilmiş, işğaldan azad olunmuş ərazilərdə sərhəd mühafizəsinin təşkili istiqamətində görülən genişmiqyaslı işlər diqqətə çatdırılmışdır.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev doğma torpaqlarımızın keşiyində dayanmağın, şəhidlərimizin müqəddəs amallarına sadiq qalmağın və dövlət sərhədlərimizin toxunulmazlığını təmin etməyin hər bir sərhədçinin müqəddəs vəzifəsi olduğunu xüsusi vurğulamışdır.
Tədbirin davamında Dövlət Sərhəd Xidmətinin rəisi hərbi şərəfin, qəhrəmanlığın, əsgəri ləyaqətin, Vətənə və dövlətə sədaqətin rəmzi olan Döyüş Bayraqlarını hərbi hissələrin rəhbərlərinə təqdim etmişdir.
Döyüş Bayrağının hərbi kollektivin birliyini, döyüş ənənələrini və Vətən qarşısındakı məsuliyyətini təcəssüm etdirdiyi qeyd olunmuş, diviziyanın şəxsi heyətinin bu müqəddəs rəmzi daim uca tutacağına, xidməti-döyüş tapşırıqlarını əzmlə və şərəflə yerinə yetirəcəyinə əminlik ifadə edilmişdir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Ərazi bütövlüyümüzün bərpası ilə Konstitusiyanın müddəaları tam yerinə yetirildi - FƏRHAD ABDULLAYEV
Xocalının Vətən Müharibəsi Şəhidləri
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” adlı tədbir
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşüb
DOST-da 5 milyonuncu vətəndaşa xidmət göstərildi
Əli Əsədov Slovakiyaın Baş prokuroru ilə görüşüb
Azərbaycan - Litva Dəyirmi Masası keçirilib
Litvanın xarici işlər naziri ilə görüş keçirilib
Daxili işlər naziri Masallıda vətəndaşların müraciətlərini dinləyəcək və sıra baxışı keçirəcək
Dövlət Komitəsinin yerli bölmə və nümayəndəliklərinin iştirakı ilə regional idarəetmə və status məsələləri müzakirə olunub
İşğaldan azad edilmiş ərazilərdə 47 əmək yarmarkası keçirilib
Bölgələrdə əmək münasibətlərində gender bərabərliyinə dair maarifləndirmə tədbirləri keçirilib
Zeytun ağacı – sülhün, həyatın və torpağa sədaqətin yaşıl rəmzi
Noyabrın 27-də gözlənilən hava şəraiti
Biləsuvarda iri fermer təsərrüfatlarına və emal müəssisələrinə baxış keçirilib
Yanvar-oktyabrda aylarında 42360 uşağa reabilitasiya xidmətləri göstərilib
Nazirlər və komitə sədrləri bu tarixlərdə vətəndaşları qəbul edəcəklər
Tarixdə ilk dəfə:Lazerlə reaktiv dronu vurdular
Milli Qəhrəmanın doğum günüdür
Tacikistan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdədir
Noyabrın 26-sı saat 10:00-a olan faktiki hava
Xaçmaz rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi keçirilib

Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs