lider-media.az

Litvanın xarici işlər naziri ilə görüş keçirilib

Baxış: 1140 Tarix: Сегодня, 15:41

Görüşdə Azərbaycan və Litva arasında ticarət və investisiya əlaqələrinin inkişafı, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Litva Respublikasının xarici işlər naziri Kęstutis Budryslə görüşüb.

Görüşdə Azərbaycan və Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaratdığı imkanlar nəzərdən keçirilib. Sənədin ticarət, investisiya və nəqliyyat sahələrində ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcəyi qeyd olunub.

Tərəflər qarşılıqlı ticarətin şaxələndirilməsi, investisiya əlaqələrinin inkişafı və Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi barədə fikir mübadiləsi aparıblar.

Energetika, o cümlədən bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Nəqliyyat və logistika sahələrində əlaqələrin genişləndirilməsi perspektivlərinə də toxunulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi