lider-media.az

Bölgələrdə əmək münasibətlərində gender bərabərliyinə dair maarifləndirmə tədbirləri keçirilib

Baxış: 1170 Tarix: Сегодня, 14:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 14 rayon və şəhərdə (Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Quba, Lənkəran, Salyan, İsmayıllı, Şəki, İmişli, Mingəçevir, Tovuz, Laçın, Bərdə) “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar, bərabər imkanlar” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirilib.“Azərbaycan Respublikasında gender bərabərliyi üzrə 2026-2028-ci illər üzrə Milli Fəaliyyət Planı” çərçivəsində təşkil olunan tədbirlərdə 573-ü özəl, 541-i dövlət sektoruna aid olan ümumilikdə 1114 işəgötürənin nümayəndələri iştirak edib.Tədbirlərdə əmək qanunvericiliyində son illərdə aparılan təkmilləşdirmələr, həmçinin qadınların məşğulluq imkanlarının artırılması məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklər diqqətə çatdırılıb. Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən əmək münasibətlərində cinsə görə ayrı-seçkiliyə yol verilmədiyi, işə qəbul, əmək şəraiti, əməkhaqqı və vəzifədə irəli çəkilmə məsələlərində qadın və kişilərin bərabər hüquqlarının olduğu,  bərabər əməkhaqqı prinsipinin də qanunvericilikdə təsbit edildiyi vurğulanıb.

 Ölkəmizin əmək qanunvericiliyində hamilə və ya azyaşlı uşaqları olan qadınlarla bağlı nəzərdə tutulan güzəştlər, imtiyazlar və əlavə təminatlar barədə məlumatlandırma aparılıb,  iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi