lider-media.az

Daxili işlər naziri Masallıda vətəndaşların müraciətlərini dinləyəcək və sıra baxışı keçirəcək

Baxış: 1149 Tarix: Сегодня, 14:26

post-img

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 2-də Masallı rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin inzibati binasında keçiriləcək qəbulda Masallı, Lənkəran, Lerik, Astara, Yardımlı şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı dekabrın 1-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə müraciət edə bilərlər.

Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı dekabrın 2-də 08:00-da Masallı Olimpiya İdman Kompleksində keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi