BƏƏ-nin inkişaf naziri: COP29 iqlim dəyişikliyi ilə mübarizədə tarixi uğur olacaq

BƏƏ Azərbaycanın noyabr ayında ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iqlim dəyişikliyi ilə mübarizədə tarixi uğur olacağına əmindir.
Lider-Media.az xəbər verir ki, bunu BƏƏ-nin inkişaf və gələcək hökumət məsələləri üzrə dövlət naziri Ohud Bint Xəlfan Əl Rumi Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri Nazirlərinin Təcrübə Mübadiləsi Forumunda çıxışı zamanı deyib.
“Azərbaycanı bu ilin noyabrında COP29-a ev sahibliyi etməsi münasibətilə təbrik etmək istərdim. Ölkənin bərpa olunan enerjinin və davamlı inkişafın təşviqində qabaqcıl səylərini nəzərə alaraq, Azərbaycanın rəhbərliyi altında COP29-un tarixi uğur qazanacağına əminik”, - o vurğulayıb.
| « Октябрь 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |