Prezidentin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çinə səfər edib.E.Əmirbəyov Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Ma Hui ilə görüşüb.Elçin Əmirbəyov həmçinin Çin Xalq Siyasi Məşvərət Şurası (CPPCC) Milli Komitəsinin Xarici Əlaqələr Komitəsinin sədri He Pinq, Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Liu Bin, Ümumçin Xalq Nümayəndələri Yığıncağının (NPC) Xarici Əlaqələr Komitəsi sədrinin müavini Van Ke, habelə Çin Xalq Xarici Əlaqələr İnstitutunun (CPIFA) vitse-prezidenti Yan Tao ilə görüşlər keçirib.
Görüşlər zamanı Azərbaycan-Çin münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. Siyasi dialoqun daha da möhkəmləndirilməsi, ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran aktual regional və beynəlxalq məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan ilə Çin arasında dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin son illərdə dinamik inkişafını məmnunluqla qeyd edərək, dövlət başçıları səviyyəsində keçirilən görüşlərin və qarşılıqlı səfərlərin ikitərəfli əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəltdiyini vurğulayıblar. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin aprel ayında Çin Xalq Respublikasına dövlət səfərinin və səfər çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə keçirilmiş görüşün xüsusi əhəmiyyəti qeyd olunub. Həmin görüşün nəticəsi olaraq iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat imzalanıb. Bu sənədin imzalanmasının Azərbaycan-Çin münasibətlərinin bütün istiqamətlər üzrə daha da dərinləşdirilməsi və möhkəmləndirilməsinə güclü təkan verdiyi, onların gələcək inkişafı üçün möhkəm siyasi və institusional əsas yaratdığı vurğulanıb. Danışıqlar zamanı tərəflər ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi, habelə nəqliyyat-logistika, enerji, rəqəmsal texnologiyalar, elm və təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün əhəmiyyətli potensialın mövcud olduğunu qeyd ediblər.
Ənənəvi əməkdaşlıq istiqamətləri ilə yanaşı, bərpa olunan enerji, yaşıl texnologiyalar, rəqəmsal iqtisadiyyat, sənaye istehsalı, yüksək texnologiyalar, kənd təsərrüfatı, nəqliyyat və logistika, innovasiya və elmi tədqiqatlar kimi yeni sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi perspektivləri də nəzərdən keçirilib.
Elçin Əmirbəyov çinli həmkarlarını Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin gedişi, ölkəmizin Cənubi Qafqazda möhkəm və dönməz sülhün təmin olunması, habelə regionda yeni əməkdaşlıq imkanlarının yaradılması istiqamətində göstərdiyi səylər barədə məlumatlandırıb. Çin tərəfi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə və Azərbaycanın regionda davamlı sülhün bərqərar olmasına yönəlmiş sülh gündəliyinə tam dəstəyini ifadə edib.
Görüşlərdə humanitar minatəmizləmə sahəsində əməkdaşlıq məsələlərinə də xüsusi diqqət yetirilib. Elçin Əmirbəyov işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənməsinin Azərbaycanın üzləşdiyi ən ciddi humanitar problemlərdən biri olaraq qaldığını bildirib. O, bu təhlükənin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər, habelə bu sahədə beynəlxalq dəstək və həmrəyliyin əhəmiyyəti barədə məlumat verib. Çin tərəfi Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə bundan sonra da dəstək göstərməyə hazır olduğunu təsdiqləyib. Bu xüsusda, Prezident İlham Əliyevin 2025-ci ilin aprel ayında Çinə dövlət səfəri çərçivəsində humanitar minatəmizləmə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti xüsusi qeyd olunub.





Milli Məclisin sədri Sahibə Qafarova Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Cao Lıci ilə görüşüb
Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi QAYDALARI
Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti ilə görüşüb
Bakıda Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 43-cü ildönümü qeyd olunub
Cavanşir Feyziyev: Türk dünyasında birliyin və qarşılıqlı dəstəyin gücləndirilməsi çox vacibdir
Ufuk Turganer: Şimali Kipr xalqı öz müstəqilliyinin dünyada tanınması istiqamətində mübarizəsini əzmlə davam etdirir
Azərbaycan və Qazaxıstan arasında aqrar sahədə təcrübə mübadiləsi aparılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrin müayinə və müalicəsi ilə bağlı xidmətlər də icbari tibbi sığorta ilə qarşılanır
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə
Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Edqars Rinkeviçsə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Türk qəhvəsi: Əsrlərə söykənən ənənə
Noyabrın 19-da gözlənilən hava şəraiti
Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir
Leyla və Alyona Əliyevalar konsertdə
Əsrləri qabaqlayan mütəfəkkir – İbn Xaldun
FHN Mətbuat xidmətinin məlumatı (video, foto)
Yanvar-oktyabr aylarında Nazirliyin e-xidmətlərinə 5,5 milyon müraciət edilib
“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı
Sosial müdafiə tədbirləri barədə məlumatlılıq artırılır

Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı