lider-media.az

Şüvəlanda “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

Baxış: 186 Tarix: Сегодня, 13:54

Noyabrın 4-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) dəstəyi ilə “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.Şüvəlan qəsəbəsində yerləşən 2 saylı Bakı DOST Mərkəzinin qarşısında keçiriləcək aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.
Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına töhfə verməyə və ətraf mühitin qorunmasına dəstək olmağa dəvət edirik.
- 2 saylı Bakı Dost Mərkəzi - Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 30 b
- 4 noyabr 2026-cı il
- Saat: 14:00


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi