Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri tamaşaya baxıblar. Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində yerləşən və müasir incəsənətə həsr olunmuş beynəlxalq mədəniyyət məkanı “Wadi AlFann”ın sifarişi ilə hazırlanan “Zikra: xatirələr gecəsi” tamaşası çoxsaylı mükafatlara layiq görülmüş rejissor və xoreoqraf Əkrəm Xanın ən son yaradıcılıq işidir.
Müasir rəqs və klassik hind rəqsinin özünəməxsus hərəkət dilini bir araya gətirən Əkrəm Xan bu layihədə vizual rejissor Mənal Əl-Dovayan ilə əməkdaşlıq edib. Tamaşada qadınlar bir gecəlik bir araya gələrək özlərindən əvvəl yaşamış insanların ruhlarını oyatmağa çalışırlar. Müqəddəs mərasim və ortaq xatirələrin yada salınması vasitəsilə onlar zamanın sərhədlərini aşaraq keçmişlə bu günü birləşdirir, mənəvi yenilənmə aktını gerçəkləşdirirlər.
Tamaşanın orijinal musiqisi hindəsilli amerikalı müğənni və bəstəkar Aditya Prakaş tərəfindən bəstələnib. Tamaşanın vizual dünyası “Wadi AlFann”ın rəssamı Mənal Əl-Dovayan tərəfindən yaradılıb. O, 60-cı Venesiya Biennalesində Səudiyyə Ərəbistanı pavilyonunda nümayiş etdirilən irimiqyaslı multimedia instalyasiyası ilə tanınır.
“Zikra” layihəsində rəssam ənənəvi sənətkarlıq nümunələrini müasir formalarla birləşdirib. Təbii boyalar səhranın rəng çalarlarını əks etdirir, Əl-Ulanın irsindən qaynaqlanan həndəsi naxışlar isə hər bir obrazın rolunu və simvolik mənasını vurğulayır.
Qeyd edək ki, səhnə əsəri Əl-Ulanın qədim miflərindən və möhtəşəm təbiət mənzərələrindən ilhamlanaraq hazırlanıb. Tamaşanın məkan üçün xüsusi olaraq yaradılmış dünya premyerası 2025-ci ilin yanvarında nümayiş etdirilib.










ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Oktyabr ayında ölkə ərazisində müşahidə olunan hava
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü təbrikini Azərbaycan səmasından edib - Video
Noyabrın 3-də gözlənilən hava şəraiti
Dövlət sərhədində aşkarlanan pilotsuz uçuş aparatları zərərsizləşdirilmişdir
70-dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
4 898,3 hektar ərazi minalardan təmizlənib-oktyabr ayı ərzində
Media və Yayım Şurası: Prezidentin adından həqiqətə uyğun olmayan fikirlər yayılır
Hamiləlikdən doğuşa qədər: Səhiyyə Nazirliyinin mütəxəssisi vacib məqamları açıqlayıb
Asfalt çəkildi, baxış qapaqları altında qaldı? – “Yolun Sözü” rubrikasında izah olunur Video
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Vətən müharibəsinin 37-ci günü: Azadlıq yolunda yeni uğurlar
Vətən müharibəsinin 36-cı günü: Düşmənin hərbi mövqelərinə zərbələr, qələbəyə doğru irəliləyiş
Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
Vətən müharibəsinin 35-ci günü: Zəfərə aparan yolda qətiyyət və mübarizə
Anddan Zəfərə uzanan iyirmi üç il — güclü Azərbaycanın tarixi yolu
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb