lider-media.az

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Baxış: 166 Tarix: Сегодня, 12:14

noyabrda-ardicil-4-gun-is-olmayacaq

Noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib.Belə ki, noyabrın 7-dən 10-dək ardıcıl 4 gün iş olmayacaq. Noyabrın 11-i isə bayramlardan sonra ilk iş günü olacaq.

Onu da bildirək ki, 2026-cı ilin istehsalat təqviminə əsasən, beşgünlük iş həftəsi ilə çalışanlar üçün noyabr ayında ümumilikdə 11 qeyri-iş günü olacaq. Belə ki, həmin şəxslər üçün digər istirahət günləri də şənbə və bazar günlərinə təsadüf edir. Altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə ümumilikdə 7 qeyri-iş günü nəzərdə tutulub.

Qeyd edək ki, 12 Noyabr - Konstitusiya Günü və 17 Noyabr - Milli Dirçəliş Günü iş günü hesab edilən bayram günləridir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi