lider-media.az

Asfalt çəkildi, baxış qapaqları altında qaldı? – “Yolun Sözü” rubrikasında izah olunur Video

Baxış: 1102 Tarix: Сегодня, 11:17


 Yeni təmir olunmuş yollarda asfalt-beton örtüyünün müəyyən hissələrinin sonradan kəsilməsi və baxış qapaqlarının qaldırılması bəzən vətəndaşlarda suallar yaradır.

İlk baxışdan bu proses təmir zamanı hansısa işin unudulduğu təəssüratını yaratsa da, əslində, müəyyən edilmiş texnoloji ardıcıllıq əsasında həyata keçirilir. Təmir işləri zamanı yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yerləri əvvəlcədən müəyyən edilir və işarələnir.

Yeni asfalt-beton örtüyü döşənərək möhkəmləndikdən sonra həmin hissələr xüsusi avadanlıqla kəsilir, baxış qapaqları layihə hündürlüyünə qaldırılır, ətrafları betonlanır və yenidən asfaltlanır.

Bu prosesin əsas məqsədi baxış qapaqlarının yol örtüyü ilə eyni səviyyədə yerləşməsini, nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etməkdir.

“Yolun Sözü” rubrikasının yeni buraxılışında süni intellekt əsaslı aparıcı AİDA baxış qapaqlarının niyə asfaltlama işlərindən sonra qaldırıldığını və bu prosesin texnoloji ardıcıllığını real görüntülər əsasında izah edir. 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi