lider-media.az

Bakı Şəhər Dövlət Yol Polisindən sürücülərə xəbərdarlıq

Baxış: 1385 Tarix: 4-09-2026, 14:35

Təmir işləri ilə əlaqədar sentyabrın 4-də saat 20:00-dan etibarən Bakı şəhərinin Binəqədi rayonu ərazisində, Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) XQ-yə bildirilib ki, həmin ərazidə aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq. Bu müddət ərzində BŞDYPİ əməkdaşları yol hərəkəti təhlükəsizliyi ilə əlaqədar tənzimləmə işləri həyata keçirəcəklər.

İdarə hərəkət iştirakçılarını yaranacaq müvəqqəti məhdudiyyətə anlayışla yanaşmağa və yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə müəyyənləşdirilmiş qaydalara riayət etməyə çağırır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi