lider-media.az

4 sentyabr Ümumdünya Leykemiya Günüdür  

Baxış: 195 Tarix: Сегодня, 09:57

Leykemiyanın müalicəsində böyük nailiyyətlər əldə olunub

Dünyada təbabətin sürətlə inkişaf etdiyi müasir dövrdə insan sağlamlığı üçün ciddi təhdid olaraq qalan xəstəliklərdən biri də leykemiyadır. Xalq arasında "qan xərçəngi" kimi tanınan bu bəla hər il dünyada minlərlə insanın, xüsusilə də uşaqların və gənclərin həyatına kölgə salır. Lakin 4 Sentyabr Ümumdünya Leykemiya Günü bizə bir daha xatırladır ki, bu xəstəlik çarəsiz hökm deyil. Vaxtında qoyulmuş düzgün diaqnoz və başlanan müalicə ilə leykemiyaya qalib gəlmək mümkündür. Leykemiya sümük iliyində qan hüceyrələrinin mutasiyaya uğrayaraq nəzarətsiz və anomal şəkildə çoğalması ilə xarakterizə olunur. Bu anomal hüceyrələr sağlam leykositləri, eritrositləri və trombositləri sıxışdıraraq orqanizmin immunitet, oksigen daşıma və qan laxtalanma funksiyalarını sıradan çıxarır. 

Xəstəlik adətən adi halsızlıq və ya soyuqdəymə simptomları ilə gizlənir. Günümüzdə leykemiyanın müalicəsində böyük nailiyyətlər əldə olunub. Kimyaterapiya, hədəfli terapiya və immunoterapiya ilə yanaşı, en effektli üsul sümük iliyi transplantasiyasıdır. Bu günün əsas məqsədi leykemiya xəstəliyi barədə cəmiyyətin məlumatlılığını artırmaq, erkən diaqnostikanın əhəmiyyətini vurğulamaq və bu xəstəlikdən əziyyət çəkən insanlara, xüsusilə də uşaqlara dəstək olmaqdır. Leykemiya sümük iliyində qan hüceyrələrinin anomal çoğalması ilə müşahidə olunur. Əlamətlərin (həddindən artıq yorğunluq, tez-tez qızdırma, səbəbsiz göyərmələr və qanaxmalar) vaxtında fərqinə varılması müalicənin uğur şansını dəfələrlə artırır. Kimyaterapiya, hədəfli terapiya və xüsusilə sümük iliyi transplantasiyası sayəsində günümüzdə leykemiyanın bir çox növündə tam sağalma əldə etmək mümkündür.  Kök hüceyrə donorluğu prosedurunun sadəliyi və bir insanın həyatını xilas etmək potensialı bu gündə xüsusilə diqqət mərkəzində saxlanılır.Bu gün, eyni zamanda leykemiya ilə mübarizə aparan bütün pasiyentlərə moral dəstək olmaq və ilik donorluğunun vacibliyini xatırlatmaq üçün vacib bir imkandır.


 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi