Sentyabrın 2-si Vyetnam Sosialist Respublikasında Milli Gün kimi qeyd olunur. Bu tarixin arxasında Vyetnam xalqının müstəqillik uğrunda uzun mübarizəsi dayanır. 1945-ci il sentyabrın 2-də Hanoydakı Ba Dinh meydanında Ho Şi Min Vyetnamın Müstəqillik Bəyannaməsini elan etdi. Həmin hadisə müasir Vyetnam dövlətçiliyinin başlanğıcı hesab olunur və 2 sentyabr ölkənin ən mühüm milli bayramına çevrilib.
Vyetnamın sonrakı tarixi də asan olmayıb. Ölkə uzun illər müharibə və dağıntılarla üzləşsə də, milli dövlətçiliyini qoruyub saxladı. 1954-cü ildə Dien Bien Phu qələbəsi Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə mühüm dönüş yaratdı. 1975-ci ildə müharibənin başa çatması Vyetnamın birləşməsi ilə nəticələndi. 1976-cı il iyulun 2-də isə ölkənin adı Vyetnam Sosialist Respublikası olaraq rəsmiləşdirildi.
Azərbaycanla Vyetnamın dostluq münasibətlərinin isə daha qədim tarixi var. Bu əlaqələrin ən yaddaqalan səhifələrindən biri 1959-cu ildə Ho Şi Minin Azərbaycana səfəridir. Vyetnam lideri Bakıda olarkən Azərbaycanın neft sənayesi ilə tanış olmuş, ölkəmizin neftçilərinin təcrübəsinə böyük maraq göstərmişdi. Sonrakı illərdə bu təmaslar yalnız siyasi münasibətlərlə məhdudlaşmadı, təhsil və mütəxəssis hazırlığı sahəsində də əməkdaşlığa çevrildi.
Azərbaycan–Vyetnam dostluğunun tarixində Ulu öndər Heydər Əliyevin Vyetnama səfəri də xüsusi yer tutur. 1983-cü ildə Heydər Əliyev Vyetnamda olmuşdu. Bu səfər iki xalq arasında əvvəldən formalaşmış münasibətlərin daha da möhkəmlənməsinə xidmət edən mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Beləliklə, Ho Şi Minin Bakıya səfəri ilə Heydər Əliyevin Vyetnama səfəri qarşılıqlı dostluğun yadda qalan iki tarixi səhifəsinə çevrildi.
Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsi ilə bu münasibətlər yeni məzmun qazandı. 23 sentyabr 1992-ci ildə Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik əlaqələr quruldu. Bununla əvvəlki illərdə xalqlar arasında yaranmış dostluq artıq müstəqil dövlətlər arasındakı rəsmi münasibətlərin hüquqi əsasına çevrildi.
Azərbaycan üçün 1992–1995-ci illər dövlət müstəqilliyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. 1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın xarici siyasətində dövlət maraqlarının qorunması, beynəlxalq əlaqələrin genişləndirilməsi və ölkənin dünya birliyində mövqeyinin möhkəmləndirilməsi əsas istiqamətlərdən birinə çevrildi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi və beynəlxalq imkanlarını genişləndirən mühüm hadisə oldu. 1995-ci il noyabrın 12-də isə müstəqil Azərbaycanın ilk Konstitusiyası ümumxalq səsverməsi ilə qəbul edildi. Bu mühüm proseslər Azərbaycanın sonrakı xarici siyasətinin və beynəlxalq əməkdaşlığının daha möhkəm dövlətçilik əsasları üzərində qurulmasına imkan verdi.
Vyetnamla münasibətlər də məhz müstəqil Azərbaycanın formalaşdığı bu yeni mərhələdə davam etdirildi. Sonrakı illərdə siyasi dialoqla yanaşı, iqtisadiyyat, enerji, təhsil və humanitar sahələrdə əlaqələrin inkişafına diqqət artırıldı. Azərbaycanın Hanoyda səfirliyinin 2013-cü ildə fəaliyyətə başlaması ikitərəfli münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirdi.
2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidenti Truong Tan Sangın Azərbaycana səfəri əlaqələrin inkişafında mühüm mərhələ oldu. Bu səfərlər zamanı iki ölkə arasında siyasi dialoqun, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə edildi.
Münasibətlərin dərinliyini göstərən faktlardan biri də Azərbaycanda təhsil almış vyetnamlı mütəxəssislərdir. Xüsusilə neft sənayesi üzrə kadr hazırlığı iki ölkəni birləşdirən mühüm istiqamətlərdən olub. Bu baxımdan 1959-cu ildə Bakıya gələn Ho Şi Minin gördüyü neft ölkəsi ilə bu günün Azərbaycanı arasında tarixi bir bağ da yaranır: vaxtilə Vyetnam üçün təcrübə və mütəxəssis mənbəyi olan Bakı bu gün də həmin dostluğun yaddaşında xüsusi yer tutur.
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ 7 may 2025-ci ildə başladı. Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam arasında keçirilən görüşlər zamanı iki ölkə arasında Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat qəbul edildi. Bununla uzun illər ərzində formalaşmış dostluq münasibətləri daha yüksək siyasi səviyyəyə qaldırıldı.
Bu gün 2 sentyabr Vyetnam xalqının müstəqillik iradəsini ifadə edən əlamətdar tarixdir. Azərbaycan üçün isə bu gün həm də uzaq coğrafiyalarda yaşayan iki xalqı yaxınlaşdıran tarixi dostluğu xatırlamaq üçün gözəl fürsətdir. Ho Şi Minin 1959-cu ildə Bakıya səfərindən Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfərinə, 1992-ci ildə qurulan diplomatik münasibətlərdən 2025-ci ildə strateji tərəfdaşlığa qədər uzanan yol göstərir ki, dövlətlərarası münasibətlərin ən möhkəm təməli qarşılıqlı hörmət və etimaddır.
Azərbaycan–Vyetnam münasibətlərinin keçdiyi yol isə bir daha təsdiqləyir: illər əvvəl xalqlar arasında salınan dostluq körpüsü zaman keçdikcə daha da möhkəmlənərək strateji tərəfdaşlığa çevrilə bilər.
Nurəngiz Adilqızı


Prezidentin müsahibəsinin TAM MƏTNİ
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Vətən müharibəsinin iyirmi yeddinci günü: Qubadlıya doğru irəliləyən Zəfər yolu
Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib
Ağdərə rayonuna köçürülən sakinlər yeni evlərinə çatıblar
Xocalı və Ağdərə sakinlərinin doğma yurda qayıdışı davam edir
Azərbaycan nümayəndə heyəti Özbəkistanda keçirilən Ümumdünya Sammitində iştirak edib
O.F.Məmmədovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
E.M.Yusubovun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 1100-dən çox benefisiar təlimlərdən faydalanıb
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə arterial hipertenziya ilə bağlı dərman təminatı da daxil ediləcək
“Təbiətin səsi” hekayə müsabiqəsinin qalibləri müəyyənləşib
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
Naxçıvan Uşaq Bərpa Mərkəzinə mediatur təşkil olunub
Leyla Əliyeva Əminə Ərdoğanla bir arada
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Alyona Əliyeva ukraynalı uşaqlarla
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət