BİR ŞÜŞƏ SU, BİR VƏTƏN HEKAYƏSİ: KƏLBƏCƏRİN İSTİSUYU...



Azərbaycan Türk yurdunu sadəcə geri almadı, onu yenidən qurur, abadlaşdırır və dünyaya yenidən təqdim edir
İstisunun hekayəsi suyun yaddaşı qədər aydındır: Vətən geri döndü.
Bu fikirlər Türkiyənin tanınmış jurnalisti, televiziya aparıcısı Ahmet Yaşıltepenin sosial media hesablarındakı paylaşımında yer alıb.
Paylaşımda deyilir: "Azərbaycan Prezidenti İlham Əliyevin İran lideri Məsud Pezeşkiana ikram etdiyi su Azərbaycanın təbii sərvətlərinin də yenidən xatırlanmasına vəsilə oldu.
Kəlbəcərin İstisuyu sadəcə mineral su deyil. O, işğaldan azad edilmiş QARABAĞIN yenidən dirçəlişinin, ayağa qalxmasının simvollarından biridir.
Sovet dövründə şəfa məkanı kimi tanınan, hər il on minlərlə qonağı qəbul edən İstisunun mənbələri və müəssisələri 1993-cü ildə başlayan işğal illərində yararsız hala salındı.
Kəlbəcər 25 noyabr 2020-ci ildə yenidən Azərbaycana qovuşdu. Ardınca yollar çəkildi, mineral su mənbələri yenidən qiymətləndirildi və 2024-cü ildə İstisu mineral su zavodu istifadəyə verildi.
Bir zamanlar xarabalığa çevrilmiş bu məkanda bu gün yenidən həyat və istehsal var.
İstisunun hekayəsi suyun yaddaşı qədər aydındır: Vətən geri döndü".
Səadət