lider-media.az

İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub

Baxış: 1462 Tarix: 1-09-2026, 17:18

İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla  görüşü olub

Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin qardaşlıq və strateji müttəfiqliyə əsaslandığı vurğulanaraq, bütün istiqamətlər üzrə əlaqələrin daha da genişlənməsindən məmnunluq ifadə olundu.

Ölkələrimizin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq həm xoş, həm də çətin günlərdə daim bir-birinin yanında olduğu xüsusi qeyd edildi. Görüşdə regional sülhün və sabitliyin daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Dövlət başçıları müttəfiqlik əlaqələrimizin perspektivlərini, regional gündəmi və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə etdilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi