lider-media.az

Moldova Respublikasının Prezidenti Zati-aliləri xanım Maya Sanduya

Baxış: 1409 Tarix: 27-08-2026, 14:29

Hörmətli xanım Prezident,

Moldova Respublikasının müstəqilliyinin elan edilməsinin 35-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.Bu gün Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur.Əminəm ki, bir-birinə dostluq telləri ilə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasındakı əlaqələrin hərtərəfli inkişafı, əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Moldova xalqına daim əmin-amanlıq və rifah arzulayram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 avqust 2026-cı il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi