lider-media.az

Gələcəyin sənət elçiləri Türkiyə–Azərbaycan mədəniyyət körpüsünü möhkəmləndirir

Baxış: 225 Tarix: Сегодня, 14:55

Yunus Emre İnstitutu tərəfindən gənc sənətçilərin beynəlxalq mədəniyyət və sənət mühiti ilə əlaqələrini genişləndirmək məqsədilə “Gələcəyin Sənət Elçiləri” proqramının Bakı mərhələsi avqustun 23-dən start verilib.  

Azərbaycanla yanaşı Fransa və Bosniya və Herseqovinada da reallaşdırılan proqram Türkiyədən olan gənc sənətçilərə müxtəlif ölkələrin mədəni irsi ilə yaxından tanış olmaq, sənətçilər və akademiklərlə təcrübə mübadiləsi aparmaq, beynəlxalq sənət mühitində yeni əlaqələr qurmaq imkanı yaradır.

Tarixi və mədəni irslə tanışlıq

Bakı proqramının əsas məqsədi Türkiyə və Azərbaycan arasında ortaq tarix, mədəniyyət və incəsənətə əsaslanan qardaşlıq bağlarının gənc nəsillər arasında daha da möhkəmləndirilməsidir.

Proqram çərçivəsində Türkiyədən gələn gənc sənətçilər Bakının tarixi və mədəni məkanlarını ziyarət edirlər. Heyət Şəhidlər xiyabanı və Fəxri xiyabanı ziyarət etdikdən sonra Bakı Türk Şəhidliyində Qafqaz İslam Ordusunun şəhidlərinin xatirəsini yad edib. Sonra isə Dağüstü park və UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərlə tanışlıq  olub. Şirvanşahlar Sarayı, Qız qalası, Cümə məscidi və digər tarixi-memarlıq nümunələri iştirakçılara Bakının zəngin mədəni irsi haqqında ətraflı məlumat verilib.

Gənc sənətçilərin görüşləri və əməkdaşlıq imkanları

Proqramın mühüm istiqamətlərindən biri Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi və Heydər Əliyev Mərkəzinə səfərlərdir.

Azərbaycan Milli Konservatoriyasında Türkiyədən olan gənc sənətçilər və akademiklər konservatoriyanın müəllim və tələbələri ilə görüşəcək, iki ölkənin musiqi ənənələri və təhsil təcrübəsi ətrafında fikir mübadiləsi aparacaqlar.

Avqustun 26-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçiriləcək görüşlərdə isə tələbə, akademik və sənətçilər arasında əlaqələrin genişləndirilməsi və gələcək birgə layihələr üçün yeni imkanların yaradılması müzakirə olunacaq.

Gənc sənətçilər eyni səhnədə

Proqramın əsas tədbirlərindən biri avqustun 26-da Bakı Yunus Emre İnstitutunda keçiriləcək “Gələcəyin Sənət Elçiləri Görüşü” olacaq. Tədbirdə Türkiyədən gələn gənc sənətçilər Azərbaycanlı həmyaşıdları ilə bir araya gələcək, musiqi nümunələri təqdim olunacaq və birgə ifalar olacaq. 

Görüş zamanı Türkiyə və Azərbaycanın ortaq musiqi irsi haqqında fikir mübadiləsi aparılacaq, gənc sənətçilərin yaradıcılıq təcrübələri paylaşılacaq. Tədbirin əsas məqsədi gənclər arasında yeni yaradıcılıq əlaqələrinin qurulması və gələcək birgə sənət layihələrinə zəmin yaradılmasıdır.

Həmin gün Şirvanşah Muzey-Restoranında Türkiyə Respublikasının Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgünün, Azərbaycan Milli Məclisinin deputatlarının, xalq artistlərinin, mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə xüsusi görüş və ziyafət də keçiriləcək.

Proqram çərçivəsində Türkiyənin Bakıdakı səfirliyinə və AZTV-yə səfərlər də nəzərdə tutulub.

Sənət vasitəsilə qardaşlıq bağlarının möhkəmləndirilməsi

“Gələcəyin Sənət Elçiləri” proqramı gənc sənətçilərin beynəlxalq təcrübə qazanmasına, müxtəlif ölkələrin sənət mühiti ilə birbaşa əlaqələr qurmasına və Türkiyənin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir.

Bakı mərhələsində isə əsas diqqət Türkiyə və Azərbaycanın ortaq mədəni irsinin gənc nəsillər arasında yaşadılmasına, sənətçilər, akademiklər və tələbələr arasında yeni əlaqələrin qurulmasına yönəlib.

“Gələcəyin Sənət Elçiləri – Bakı” proqramına avqustun 27-də yekun vurulacaq. 


Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi