“Xəstəlik ödənişlərinin və məzuniyyətlərin idarə edilməsi – səmərəliliyin və nəzarətin artırılması” mövzusunda vebinar keçirilib

Beynəlxalq Sosial Təminat Assosiasiyasının təşkilatçılığı ilə “Xəstəlik ödənişlərinin və məzuniyyətlərin idarə edilməsi – səmərəliliyin və nəzarətin artırılması” mövzusunda vebinar keçirilib.
Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarının da iştirak etdiyi vebinar zamanı xəstəlik ödənişlərinin və məzuniyyətlərin idarə olunması sahəsində mövcud əsas çətinliklər, proseslərin təkmilləşdirilməsi üzrə strategiyalar və qabaqcıl təcrübələr, eləcə də qarşıya çıxan risklər müzakirə olunub.
Tədbirdə həmçinin xəstəlik ödənişləri və məzuniyyətlərin uğurlu və səmərəli idarə edilməsinin əsas şərtləri barədə fikir mübadiləsi aparılıb.